«Qərbi azərbaycanlılara sataşmaq istəyirlər» - Partiya sədrindən xəbərdarlıq

img

04-05-2017 [18:16]


"Son illər elə vəziyyət yaranmışdı ki, ölkədə məmurlar öz bildiklərini edirdilər. Amma atıq bu barədə qəti addımlar atılır. Prezidentin sərt mövqeyindən sonra bu cür məmurlara qarşı adekvat addımlar atılır”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sələndirib. Onun sözlərinə görə, ictimai nəzarəti gücləndirmək lazımdır ki, harınlaşmış məmurlara qarşı sərt qərarlar verə bilək:

«Əgər bir lift idarəsinin müdiri bu qədər harın hərəkətlər edə bilirsə, deməli, ölkədə nizam tərəzisi pozulub. Təbii ki, onun arxasında duran məmurlar var. O kimdir ki, elə qudurğanlıq eləsin. Onu işdən çıxarmaq azdır. O cür məmurları həbs eləmək lazımdır. Niyə yoxlamırlar ki, miylonlar xərclənən sistem neçə-neçə insanın həyatına son qoyub? Məsələ ondadır ki, hər bir məmur özü ətrafında bufer zona yaradıb. Prezident qəti addımlar atan kimi ajiotaj yaratmağa başlayırlar, təxribatlar törədirlər. Bu prosesdə Hacıbala Abutalıbovun da adı çəkilir. Onun oğlu vəhabilərə qoşulub, Azərbaycanın əleyhinə tədbirlərə yardım edir. Prezident bir tərəfdən ölkənin yaşıllaşdırılması, abadlaşdırılması üçün addımlar atır, Amma Hacıbala Abutalıbov bunun ziddinə gedir. Yaşıllıqların məhv edilməsinə yönələn sərəncamlar verir. Belə məmurlara qarşı sərt mübarizə aparılmalıdır».

Partiya sədri Məşhur "Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənlinin həbsi ilə bağlı da fikirlərini bildirib.

Onun sözlərinə görə, M.Həsənlinin həbsi Qərbi azərbaycanlılara qarşı təzyiq kimi də qiymətləndirilə bilər: «Mən onu yaxşı tanıyıram. Bu adam Azərbaycana gətirilən mənşəyi bəlli olmayan yumurtanın əleyhinə çıxır, bu işlə məşğul olanları ifşa edir, amma ermənilərin maraqlarına xidmət edən Aslan İsmayılov onu tutdurur. Əgər belədirsə, bəzi məmurların qardaşları 8 milyon kredit borcunu niyə qaytarmır? Bu ölkədə qanunun aliliyi gözlənilirsə, bir şirkət prezidentin kimlərinsə vasitəsiylə 2 milyard pulu bankdan götürüb qaytarmır. Bu necə olur? Bunların üstü açılmır, amma Qərbi azərbaycandan olan iş adamını qanunsuz yolla həbs edirlər. Hesab edirəm ki, bəzi qüvvələr Qərbi azərbaycanlıları dövlətin əleyhinə qaldırırlar. Artıq buna qismən nail olublar.

Çox təəssüf ki, Azərbaycanın məmur kontingenti mənim əziz qardaşıma xəyanət edirlər. Bir iş adamını hansısa erməninin ifadəsi ilə həbs eləmək böyük haqsızlıqdır. Bu cür addımlar böyük narazılıqlara səbəb olur. Qərbi azərbaycanlılara qarşı təzyiqlərin artması narahatedici məsələdir. Bu intriqabazlığın səbəbi nətir? Kimlərsə Qərbi azərbaycanlılara sataşmaq istəyirlər. Amma buna cəhd edənlər bilsinlər ki, çox təhlükəli yola giriblər».

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA