Ziya Məmmədovun şəxsi təyyarəsini əlindən aldılar - Yeni iddia

img

04-05-2017 [17:48]


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bugünlərdə daha bir zərbə alıb, onun şəxsi təyyarəsini müsadirə ediblər. 

Bu iddialı xəbəri Azadlıq info yayıb.

Sayt yazır ki, Ziya Məmmədovun "Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu. O zamandan bu yana - son günlərə qədər həmin şəxsi təyyarə Ziya Məmmədovun istifadəsində olub. İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb, nəhayətdə hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. 

Ondan şəxsi təyyarəsini "dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib. Saytın iddiasına görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş. 

Yeri gəlmişkən, aldığımız bilgilərə görə, Ziya Məmmədov "vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli biznesləri və əmlakları əllərindən alınmaqdadır.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA