Mərkəzi Bankın mənfəəti 14 dəfə azalıb

img

04-05-2017 [16:51]


Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə aktivlərini 35,1% artıraraq 25 mlrd. 564,063 mln. manata çatdırıb. Bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.

AMB-nin aktivlərinin strukturuna gəlincə, burada nağd vəsaitlərin payı 5 mlrd. 885,213 mln. manat (+1,7%), investisiya qiymətli kağızlarına investisiyaların payı 10 mlrd. 522,619 mln. manat (+2,8 dəfə), ticari qiymətli kağızlara investisiyaların payı 4 mlrd. 212,232 mln. manat (+50,3%) təşkil edir.

2017-ci ilin yanvarın 1-nə AMB tərəfindən qeyri-rezidentlərə verilən kreditlərin həcmi 4 mlrd. 61,362 mln. manat (-30,1%) olub.
Ötən ilin sonuna Mərkəzi Bankların öhdəlikləri 19 mlrd. 691,594 mln. manata (+46,3%) çatıb. Burada dövriyyədə olan əskinaslar və sikkələrin payı 6 mlrd. 960,778 mln. manat, rezident bankların qısamüddətli depozitlərinin payı 5 mlrd. 922,278 mln. manat, hökumət idarələri qarşısında öhdəliklərin payı 2 mlrd. 697,269 mln. manat, kredit təşkilatları qarşısında öhdəliklərin payı 3 mlrd. 225,104 mln. manat təşkil edib.
AMB-nin nizamnamə kapitalı dəyişməyərək 500 mln. manat olub. Bununla yanaşı, tənzimləyicinin kapitalı 7,4% artaraq 5 mlrd. 872,469 mln. manata çatıb.
Ötən il ərzində Mərkəzi Bankın xalis mənfəəti 13,8 dəfə azalaraq 401,664 mln. manat təşkil edib. Qeyd edək ki, AMB-nin 2015-ci ili 5 mlrd. 531,12 mln. manatlıq xalis mənfəətlə başa vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA