04-05-2017 [16:32]
"Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Science slam unec proqramı üzrə universitet tələbələrinin elmi məruzələrinin təqdimatı tədbirinə qatılmışdım. Bir-birindən dəyərli, faydalı məruzələr dinlədik. Bu, onu göstərir ki, Azərbaycan tələbələrinə özünü təqdimetmə mühiti yaradılanda, öz potensiallarını yüksək səviyyədə ortaya qoya bilirlər".
Bu sözləri Mia.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu universitetdə tələbə təşəbbüskarlığı üçün müsbət bir ənənə yaranmaqdadır:
"Bu barədə əvvəllər də qeyd etmişdim, bir neçə belə tədbirin şahidi olduğuma görə indi də söyləyirəm. Universitetin rektoru professor Ədalət Muradov bu cür təşəbbüslərin ideya müəllifi və dəstəkçisi olduğuna görə ciddi universitet gəncliyinin cücərdiyini hiss edirsən. 9 tələbə hərəsi 10 dəqiqə müddətində müxtəlif mövzularda öz məruzələrini geniş auditoriyaya təqdim etdilər, auditoriyadan gələn alqışların texniki cihazla ölçülməsinə görə də onların içindən 3 nəfər qalib elan olundu. Ancaq mən hamısını qalib olaraq görürdüm, çünki hər biri üzərinə götürdüyü mövzunu səlis danışıqla, anlaşıqlı, əsaslandırılmış şəkildə təqdim edə bildi".
Millət vəkili bildirib ki, televiziyalarımız kütləvi şou zəhərlənməsindən başını qaldırıb, bu kimi tədbirləri insanlara təqdim etsələr, elmi biliklərə maraq göstərənlərin sayını da artırmış olarlar:
"Nəhayət, 21-ci əsrdə elm məbədi sayıla biləcək universitetlər yaratmağı düşünməliyik. Bu kimi tədbirlər tələbəyə özünü universitetin sahibi kimi hiss etməyə imkan yaradır. Müti, özünü təqdim etməkdən qorxan tələbədən yaxşı müəllim də olmur, yaxşı mütəxəssis də, yaxşı vətəndaş da...
Hər halda İqtisad Universitetindəki mühitin, sağlam rektor-tələbə dialoqunun bütün ali təhsil ocaqlarında olmasını ürəkdən arzulayıram".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi