Ramazan ayı mayın 27-də başlayacaq

img

04-05-2017 [16:27]


Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq.

"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən Ramazan ayının hilalı Azərbaycan üfüqündə mayın 26-da görünəcək. Mayın 27-də Ramazan ayı başlayır.

Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Bu il Qurban bayramı Miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.
Bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA