04-05-2017 [15:57]
"Statistika göstərir ki, son 10-15 ildə Azərbaycanda intihar hadisələrinin sayı 5-6 dəfə artıb. 20-30 il əvvəl Azərbaycanda intiharlar SSRİ ölkələri arasında ən aşağı səviyyədə idi. Həmin dövrdə bu, ailə, adət-ənənələr, dinə münasibətlə izah edilirdi. Bu gün də cəmiyyətdə münasibətlər eyni olaraq qalır. Deməli, cəmiyyətdə gərginlik, intihara aparan səbəblər, sosial ədalətsizlik artıb”.
Bunu Azərbaycan Psixiatrlar Assosiasiyasının sədri, professor Nadir İsmayılov deyib.
Onun sözlərinə görə, yaşayışın mürəkkəb olması, insanların məvaciblə özünü təmin edə bilməməsi və digər səbəblər yaşama səbəbini aşağı salır. Başqa səbəblərin olduğunu deyən N. İsmayılov qeyd edib ki, bunlar öyrənilməli və qarşısı alınmalıdır.
İntihar sayının artmaqda davam etdiyini vurğulayan psixiatr bildirib ki, intiharın 99%-ni dəf etmək mümkündür:
"Təəssüf ki, bu belə olmur. İntihara gedən adam heç kəsə sirrini açmır, hazırlıq işlərini gizli görür. Bundan sonra hadisənin nəticəsi ağır olur. Profilaktika, səhiyyə sahəsində maarifləndirici işlər öz təsirini göstərməlidir. İntihara aparan səbəblər insanın təhsilinə, yaşına, intellektinə təsir edə bilmir. İntihara sövq edən əsas amil affekt vəziyyət, depressiya, stressdir. Onların isə qarşısını almaq mümkündür. Depressiya müalicə oluna bilən xəstəlikdir. Affekt halında, qəflətən baş verən stress nəticəsində ani intihar fikrinə düşən şəxsin yanında olan insan psixoloji təsir göstərərək onu fikrindən uzaqlaşdıra bilər”.
N. İsmayılov qeyd edib ki, intihar fikrinə düşən insanların 20-30%-i bu cəhdi edir, qalanlarının isə qarşısı alınır. Onun sözlərinə görə, spesifik intiharın profilaktikası ilə məşğul olan adamlar azdır, əslində onların sayı çox olmalıdır. Psixiatr bildirib ki, tibbi təhsili olan psixoloqları bu işə cəlb etmək, əhali arasında maarifləndirmə işini gücləndirmək lazımdır:
"Hələ bu sahədə qənaətbəxş səviyyədə iş görülmür. İl ərzində bizim tərəfimizdən 1200-1400 nəfər ekspertizadan keçirilir. Onların bir qismi xəstəxanalarda müalicə alır və məcburi müalicə başa çatandan sonra cəmiyyətə yenidən qayıdırlar. Həmin müddət orta hesabla 6 aydan 10 ilə qədər və daha çox davam edə bilər”.
Assosiasiya sədri əlavə edib ki, psixiatriya və psixologiya təbabətin mürəkkəb sahəsidir:
"Psixoloqların, psixiatrların arasında nə qədər desəniz savadsızlar var. Çünki diaqnoz qoymaq, xəstənin xəstəliyini sübut etmək üçün psixiatriya elmində obyektiv vasitə yoxdur. Burada hər şey həkimin təcrübəsinə əsaslanır. Təcrübə də illərlə qazanılır. Bu gün Azərbaycanda tibbin bütün sahələrində həkimlərin 6 faizi yüksək ixtisaslı, 30 faizi orta, qalanlar isə aşağı səviyyəlidir. Məsələn, bu gün ölkədə 250 psixiatr varsa, onun da 6%-i, yəni 15 nəfəri yüksək ixtisaslıdır. Biz istəyirik ki, onların hamısı savadlı olsun, amma bu mümkün deyil”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi