Ramil Usubovdan yeni təyinatlar - DİN-də dəyişiklik

img

04-05-2017 [14:14]


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb(apa).

Mia.az-ın məlumatına görə, Rövşən Eyyubov Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun qardaşı oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA