04-05-2017 [13:13]
"Azərbaycan qanunvericiliyində 15 yaşdan aşağı olan uşaqların əməyə cəlb olunması qəti qadağandır. Buna baxmayaraq, bəzən valideynlər də, ictimai təşkilatlar da əmək tərbiyəsi məfhumu ilə uşağın işləməsini uyğun görürlər”.
Mia.az xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, yaşı 15-dən az olan şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqavilə bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir:
"Uşaqları əməyə alışdırmaq lazımdır. Bunlar tam fərqli məsələlərdir. Bunu daha çox valideynlər etməlidir. Məsələn, müəyyən yaş mərhələsində qızlar ev işlərində, oğlan isə çöl işlərində atalarına yardımçı olmağı öyrənməlidir. Bu, onların əməyə alışdırılması deməkdir. Bunun işəgötürən və işçi münasibətlərinə heç bir aidiyyəti yoxdur. Əmək tərbiyəsi mütləqdir, amma onlar tənbəl və ələbaxımlı böyüməməlidirlər” .
Hadı Rəcəbli hesab edir ki, Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması kütləvi xarakter daşımır. Buna baxmayaraq, uşaq əməyindən sui-istifadə yolverilməzdir:
"Mən də əleyhinəyəm ki, 15 yaşı olmayan uşaqlar ictimai iaşə obyektlərində və yaxud digər yerlərdə işləsinlər. Bu qanunla da qadağandır. Bu o demək deyil ki, uşağın əməyə münasibəti olmasın”.
Komitə sədrinin sözlərinə görə, uşaqların sağlam gələcəyinin təmin edilməsi cəmiyyətin üzərinə böyük məsuliyyət qoyur:
"Təhsil və əmək tərbiyəsi müəllimlə valideynin birgə işinin nəticəsidir” deyən Hadı Rəcəbli qeyd edib ki, bunun üçün hər iki tərəf tənbəllikdən daşınmalıdır:
"Əksər hallarda valideynlər tənbəllikdən uşaqları repetitor yanına göndərir, özləri uşaqla məşğul olmaq istəmirlər. Bu məsələdə də yenə valideynlər dəblə ayaqlaşmağa çalışır.
"Filankəsin uşağı müəllim yanına gedir, mənimki niyə getməsin?” deyə düşünürlər. Sonra da şikayət edir ki, mənim vəsaitim çatmır. Bəli, valideyn bədxərclik edir, otur uşağınla özün məşğul ol. Bu, həm də əmək tərbiyəsidir, uşağın elmə, təhsilə olan marağın artırılmasıdır. Repetitor yanına gedən uşağa ayrıca nəqliyyat vasitəsi lazımdır və s. Valideynin uşağının təhsili ilə bilavasitə məşğul olması önə çəkilməlidir”.
Hadı Rəcəbli qeyd edib ki, qanunvericiliklə 18 yaşına çatmamış hər bir şəxs uşaq hesab edilir.
Uşaqlar 15 yaşından əməyə cəlb oluna bilərlər. Amma o şərtlə ki, onlar 4 saatdan çox işləməməli, əməkhaqqını isə tam almalıdırlar. Yəni uşağın valideyni ilə səhərdən axşama kimi bazarda alver etməsi, məktəbə getməyib tarlada pambıq, taxıl yığması yolverilməzdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi