Dövlət Taxıl Fondu ölkədə istehsal olunmuz yüksək keyfiyyətli buğdanın qəbuluna start verib

img

07-07-2010 [05:44]


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə elan edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, "Araz ASC", "Aveta", "Tovuz-Baltiya LTD" və "Neon" firması müəssisələri vasitəsilə avqust ayının 5-dən sentyabrın 30-na kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 180 AZN olmaqla aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir: I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün - 750/l-dən az olmamaqla II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2 faizdən çox olmamaqla III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla V. Yapışqanlıq - 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla VI. Şüşəvarilik 1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla 3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir X. Digər əlamətlər - bütün bitkilər üçün - yol verilmir karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) Bildiririk ki, bu keyfiyyətə cavab verməyən məhsul qəbul edilməyəcəkdir. Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları: "Dəvəçi-Dəyirman MMC": Dəvəçi şəhəri (0-55) 760-35-05; (0-50) 382-35-84 Karat Holdinq: Xırdalan şəhəri (0-50) 223-18-97 FATOĞLU: Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38, (0-50) 222-08-20 N. Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72 "Araz ASC" Zığ şossesi 27 (0-50) 502-29-08; 012-479-10-29, faks: 473-90-00 "Aveta": Kürdəmir şəhəri (0-50) 200-11-97 "Tovuz-Baltiya": Tovuz İbrahim Hacılı kəndi (0-50) 527-80-95 "Neon" firması : Gəncə şəhəri (0-50) 220-30-27

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA