Mehriban Əliyeva Türkan qəsəbəsində inza olunmuz mədəniyyət mərkəzinin açılızında iztirak edib

img

07-07-2010 [05:36]


İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər. Azərbaycanın birinci xanımı və qızı mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış oldular. Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəzin inşasına 2009-cu ilin fevralında başlanılmışdır. Binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Türkan və ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar. İkimərtəbəli binanın foyesində ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində mədəniyyət tədbirlərində iştirakını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotostend qurulmuşdur. Mərkəzin oxu zalı və kitabxanası ilə tanışlıq zamanı bildirildi ki, burada Azərbaycan, rus, ingilis dillərində müxtəlif sahələri əhatə edən kitablar toplanmışdır. Kitabxanada ulu öndər haqqında kitablar, Heydər Əliyev Fondunun nəşrləri də yer almışdır. Məlumat verildi ki, idmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər. Mehriban xanım Əliyeva uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi ilə də tanış oldu. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcəkdir. Bildirildi ki, kompyuterlərin hamısının internetə çıxışı vardır. Mərkəzin ikinci mərtəbəsini isə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən stend bəzəyir. Azərbaycanın birinci xanımı rəsm dərnəyində balaca rəssamların əl işləri ilə tanış oldu. İkinci mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün 250 nəfərlik geniş akt zalı vardır. Zal ən son avadanlıqla təchiz edilmişdir. Bina fərdi havalandırma sistemləri ilə təchiz edilmişdir. Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə gözəl park salınmışdır. Mehriban xanım Əliyeva və qızı Leyla parkın ərazisi ilə də tanış oldular. Ərazi zəngin bitki örtüyü ilə göz oxşayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2008-ci ildə burada olarkən ərazidəki ağacların qorunmasının vacibliyini bildirmişdi. Burada 7 min 500 kvadratmetr sahədə qazon salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Parkda uşaqların əylənməsi üçün meydança yaradılmış, balacalar üçün müxtəlif attraksionlar qurulmuşdur. Burada ana və uşaqlar üçün nəzərdə tutulan çay evi də inşa edilmişdir. Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirdi. Sonra Mehriban xanım Əliyeva Xəzər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA