Nazir Hüseyn Bağırovun qəbul günü dəyişdi - Nazirlikdən xəbərdarlıq

img

04-05-2017 [11:15]


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla mayın 5-nə nəzərdə tutulan görüşü təxirə salınıb.

Mia.az nazirliyə istinadən bildirir ki, həmin görüş 16 mayda, saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlaya bilərlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA