Məşhur polis generalı vəfat etdi...

img

04-05-2017 [10:57]


Ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev ürək tutmasından dünyasını dəyişib.

Mia.az salamnews-a istinadən xəbər verir ki, xəbəri DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təsdiqləyib.

Qeyd edək ki, bu ilin fevral ayında daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Bundan az müddət sonra isə daxili işlər naziri Ramil Usubov keçmiş idarə rəisinin peşəkarlığını nəzərə alaraq polis general-mayoru Sərvər Mehrəliyevi özünə müşavir təyin etmişdi.

Allah rəhmət eləsin! 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA