ilham Əliyev Gürcüstanın xarici izlər nazirini qəbul edib

img

07-07-2010 [04:59]


Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Dövlət başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. Xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu deyib. Dövlət başçısı İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA