03-05-2017 [19:10]
Azərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququ verilə bilər.
Mia.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
E.Əzizovun sözlərinə görə, hələ 1997-ci ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pullu tibbi xidmətlərin göstərilməsi məsələsi öz əksini tapıb: "Lakin bundan sui-istifadə halları olduğuna görə bu məsələləri həll etmək üçün müəyyən bir müddət lazım idi. Hələ 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə uyğun olaraq, dövlət müəssisələrində pullu xidmət tam dayandırıldı. Digər tərəfdən, həmin vaxt dövlətin də imkanı var idi ki, əhaliyə tam pulsuz xidmət göstərə bilsin. Dövlət müəssisələri bu gün də əhaliyə pulsuz xidmətlər göstərirlər. Amma bununla belə inkar edilmir ki, dövlət müəssisələrində xidmətə görə ödənişin tələb edilməsi halları olur”.
E.Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. E.Əzizov hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar: "Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir".
E.Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi