03-05-2017 [16:14]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov ifadə verib.
O, məhkəmə posesi boyunca danışmaqdan imtina etmişdi. Sabiq rəhbər bu gün bunun səbəbini də açıqlayıb:
"Onsuz da ifadə verənlərin danışdıqlarından mənim günahsız olduğum bəlli oldu. İstintaqda dediyimi təkrar edirəm, mən sadəcə rəhbərliyin verdiyi tapşırıqları icra etmişəm. Amma məni cəmiyyətə cinayətkar kimi təqdim etdilər. Buna görə də danışmaq qərarına gəldim. Heç kim fikirləşməsin ki, qorxduğum üçün danışmırdım”.
V.Zeynalov səhhətinin yaxşı olmadığını və buna görə də hazırladığı 50 səhifəlik çıxışı tamamlaya bilməyəcəyini deyib:
"Məhkəmə bizim heç bir vəsatətimizi təmin etmədi. Qoy əsl günahkarlar vicdan əzabı çəksinlər. Burada ədalət olsa, bir üstəgəl biri 2 kimi yazacaqlar. Əsl cinayətkarların cəzalandırılmasına da çox az qalıb. Mən və həbsdə olan digərləri bu günü gözləyirik”.
Sabiq aparat rəhbəri günahsız olduğunu, ittihamları qəbul etmədiyini və işində hər hansı formada yeyintiyə yol vermədiyini bildirib:
"Mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. Bu adam 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat edərək Əli Abbasovun işdən çıxarılmasına cəhd edib. O, nazirin yerinə keçmək istəyirdi. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz? Mən günahkar oslaydım əmlakımı öz adıma keçirməz, başqaları kimi xaricə daşıyardıq. İndi də əmlaklarımı satıb ziyanı ödəməyə imkan vermirlər. İttihamdakı məbləğlər dollarla olsa da, manatla hesablayıb məbləği şişirdilər. Hətta real məbləğlər də dövlət əhəmiyyətli tədbirlərin təşkilinə, nazirliyin səlahiyyətində olan digər işlərin görülməsinə xərclənmişdi. Maliyyə Nazirliyi və Vergilər Nazirliyi qərərzli yoxlama aparıblar”.
Bundan sonra Vidadi Zeynalov ifadəsini davam etdirə bilmədiyini, bədəninin əsdiyini deyib və buna görə proses təxirə salınıb.
Məhkəmə prosesi mayın 10-da davasm etdiriləcək.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi