“Ermənistanın daşı daş üstdə qalmayacaq” - Generaldan xəbərdarlıq

img

03-05-2017 [14:45]


"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".

Bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə kifayət qədər gücü olduğunu vurğulayıb
"Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər Ermənistan bu prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Ali Baş komandan cənab İlham Əliyevin dediyi kimi, Ermənistan sülh prosesindən yayınsa, daşı daş üstdə qalmayacaq. Ermənistan Aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA