03-05-2017 [12:17]
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı olaraq polis gücləndirilmiş iş rejimi ilə işə başlamaq üçün artıq start götürüb.
Bu barədə BakıPost.az-a Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, bütün təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı hər bir şey nəzərə alınmaqla işlər sona çatıb: "Artıq mayın 5-dən etibarən sarı rəngli bütöv formada çəkilmiş avtomobil zolaqlarına başqa nəqliyyat vasitələrinin sürücüləri daxil olub hərəkət edərlərsə, inzibati tənbeh tədbirinin görülməsinə şərait yaradacaq.
Eyni zamanda tədbirlər planında konkret olaraq təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı Bakı şəhər ərazisində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoymaqla istiqamət dəyişdirilib. Həmçinin bəzi ərazilərdə sarı zolaqların olduğu yerlər üzrə bəzi parkomatlarda da avtomobillərin, taksi fəaliyyəti ilə məşğul olanlar haqda da inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulub. Yəni ən azından sarı zolaqlar ilə parkomatların olduğu ərazidə keçmə çətinləşirsə, təbii ki, dayanma və durma qadağan ediləcək. Həmin ərazidə avtomobillərin də durmasına nəzarət gücləndiriləcək.
Bunlarla yanaşı rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin də şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq”.
Vaqif Əsədov qeyd edib ki, bu müddət ərzində həmçinin piyadalara da nəzarət gücləndiriləcək: "Ümumiyyətlə, piyadalar üçün bu gün tam şərait yaradılıb. Bu gün onların rahat, fasiləsiz və təhlükəsiz hərəkət etməsi üçün yeraltı və yerüstü keçidlər tikilib. Hazırda da tikilməkdə davam edir. Ancaq ən yaxşı halda baş vermiş yol qəza hadisələrinə nəzər saldıqda piyadaların diqqətli olmağı və "Yol hərəkəti haqda” qanunun tələblərinə uyğun yalnız onlar üçün ayrılmış ərazidən keçməyi tövsiyə edirik. Amma təbii ki, bu günlər ərazində onlara tərəfimizdən nəzarət gücləndiriləcək. "Yol hərəkəti haqda” qanunun tələblərini pozan piyadalar belə aşkarlanarsa, onlar barəsində də tədbir görüləcək”.
Qurum rəsmisi islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib: "May ayı ərzində biri-birindən fərqli möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əslində əsl bayramdır. Bu bayram günündə də insanlar ən azı vəziyyəti qiymətləndirməli və vəziyyətlə əlaqədar düzgün qərar qəbul etməlidir. Çünki bunların hamısı dövlət əhəmiyyətlidir. Hər kəs dövlət proqramına uyğun hərəkət etməyi özünə borc bilməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi