Zakir Həsənovdan rəis təyinatı - Hərbi Polisdə dəyişiklik

img

03-05-2017 [00:02]


"Azərbyacan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə nizam-intizam tədbirlərinin daha da gücləndirilməsi məqsədiylə bəzi tədbirlərin həyata keçirilməsinə başlayıb". 

Mia.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov açıqlama yayıb.

Onun sözlərinə görə, nazirin müvafiq əmri ilə polkovnik-leytenant Möhübbət Balayev MN Hərbi Polis İdarəsinin Qoşun Xidmətinin rəisi vəzifəsinə təyin edilib:

"Yeni təyinat alan zabit uzun illərdir ki, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət keçmiş peşəkar mütəxəssislərdən biri sayılır".
 
Ekspert xatırladıb ki, ötən ilin sonunda müdafiə naziri Hərbi Polis İdarəsinin rəisi polkovnik Azad Ağayevi xidmətdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edərək aşağı vəzifəyə, Qoşun Xidmətinin rəisi polkovnik Naum Əkbərovu isə hərbi rütbəsi bir pillə aşağı salınaraq Silahlı Qüvvələr sırasından ehtiyata tərxis etmişdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA