Kremldən Putinlə Tramp arasındakı telefon danışığı haqda - Açıqlama

img

02-05-2017 [23:19]


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

Liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunur ki, Putin qarşı tərəfi gərginliyin səviyyəsini aşağı salmağa və təmkinli olmağa çağırıb.

Putin və Tramp telefonla əlaqə saxlamaq barədə razılığa gəliblər və G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək fikrində olduqlarını ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA