Nazirlik Bakıda pulsuz internet olacaq yerlərin adlarını - Açıqladı

img

02-05-2017 [21:00]


Bakıda IV İslam Həmrəyliyi Oyunlarınadək "Ağ şəhər”, "Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq.

Bu varədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumatda qeyd edilib.

"Nazirliyin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelecom”) tərəfindən istismara verilən "İctimai İnternet” şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq. Tezliklə Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər” zonası, "Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz "wi-fi” şəbəkəsindən yararlana biləcəklər. Artıq adı çəkilən ərazilər müvafiq avadanlıqla təchiz edilib, təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb. "Baku loves you” brendi adı altında təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz "wi-fi” istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Qeyd edək ki, hazırda mobil telefon, notbuk, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından "Baktelecom”u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür", - deyə məlumatda əlavə edilib.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA