AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi beynəlxalq konfransda - Açıqlama + FOTO

img

02-05-2017 [20:04]


AMEA  Riyaziyyat və Mexanika İnstitutun "Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştrak edib.

Bu barədə Mia.az-a institutdan məlumat verilib.

Bildirilib ki, Riyaziyyat və Mexanika İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mardanov və  "Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 tarixlərində Rusiya Federasiyasının Elmi Təhsil Nazirliyinin Tolyatti Dövlət Universitetinin nəznində keçirilən "Riyaziyyat. Təhsil. Mədəniyyət.” (K.F.Qausun  anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfransa plenar məruzə etmək üçün rəsmi dəvət olunublar.

Konfransda professor  Ramiz Aslanov "Muasir riyaziyyatın inkişafında Karl Fridrix Gaussun elmi irsi (anadan olmasının 240 illiyinə həsr olunub)” plenar məruzə ilə çıxış edib.

Professor  Ramiz Aslanov "Riyaziyyat. Təhsil. Mədəniyyət.” (K.F.Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfrans çərçivəsində aspirantların və tələbələrin "Mənim namizədlik dissertasiyam (elmi işim)” adlı konkursunda  jüri heyətində iştrak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA