02-05-2017 [19:43]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığına əsasən, DİN Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N” saylı hərbi hissəsində sıra baxışı keçirilib.
DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığının, geyim təminatının, xüsusi avadanlıq, eləcə də nəqliyyat vasitələri ilə təchizatının vəziyyəti yoxlanılıb.
Ş. Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi yarışları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, əldə etdiyi nailiyyətlərin tərkib hissəsi kimi dəyərləndirərək, İslamiadanın müsəlman xalqları və dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Qeyd edilib ki, idmanın 21 növü üzrə keçiriləcək Oyunlar ərəfəsi və yarışlar zamanı digər güc strukturları ilə yanaşı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb ediləcək Qoşunların hazırlığı və bütün növ təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqlar tam yerinə yetirilib.
Hərbi hissə komandiri yarışların keçiriləcəyi bütün ərazilərə, obyektlərə baxış keçirilməsi, müvafiq tədbirlərin görülməsi barədə məlumat verib.
O da bildirilib ki, həmin ərazilərə xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə rəhbərliyi xidmətaparma yerləri ilə əyani tanış olub, həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib. Hazırlıq mərhələsində buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.
Sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu və styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların təchizatına baxış keçirilib.
Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən Ş. Məmmədov xidmətin aparılmasına cəlb olunan digər hüquq-mühafizə orqanları ilə Qoşunların birgə fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində konkret tapşırıqlarını verib, şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi