“2 ədəd tank əleyhinə mina, 4 ədəd partlamamış hərbi sursat aşkarlandı” – Cocuq Mərcanlıda

img

02-05-2017 [19:06]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində apardığı yoxlama haqda bugünkü hesabatını yayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə,  gün ərzində kənddə 1 534 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası və 4 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7VM raketi və 3 ədəd PQ-7 raketinin mühərrik hissəsi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA