Prezident daha bir qanunu təsdiq etdi - Dəyişiklik

img

02-05-2017 [17:43]


Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Mia.az bildirir ki, dəyişikliyə əsasən, bundan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.

Nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Dəyişiklik 2017-ci il mayın 1-dən qüvvəyə minib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA