Beynəlxalq təzkilatlardan Azərbaycan hökumətinə etiraz

img

07-07-2010 [01:51]


Qaradağ rayon məhkəməsinin Eynulla Fətullayevi narkotik maddə saxlamaqda ittiham edərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməsi Jurnalistləri Müdafiə Komitəsi tərəfindən pislənilib. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib ki, Azərbaycan bu hökmü və eləcə də jurnalistə qarşı əvvəlki qondarma cinayət işlərini ləğv etməlidir. Jurnalistləri Müdafiə Komitəsi bu qənaətdədir ki, Fətullayevə qarşı narkotika ittihamı saxta ittihamdır. ?Sərhədsiz Reportyorlar? Təşkilatı da Eynulla Fətullayevin narkotik maddə saxlamaqda ittiham edilərək 2 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərara etirazını bildirb. Təşkilat bununla bağlı bəyanat verib. Bəyanatda beynəlxalq təşkilatların Eynulla Fətullayevi siyasi məhbus hesab etdikləri də bildirilir. ?Amnesty International? təşkilatı da Eynulla Fətullayevə qarşı çıxarılmış hökmü pisləyərək, ona qarşı irəli sürülmüş ittihamı saxta adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA