02-05-2017 [16:20]
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub.
Deputat Zahid Orucla yanaşı, Tahir Kərimli də layihəyə etiraz edib.
O, ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.
"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, – deyə T. Kərimli qeyd edib
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib, qanunun qəbulu ilə deputatın fəaliyyətinin məhdudlaşdırılacağını deyib.
Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinin lehinə səs verəcək: "Həmkarlarım narazılıqlarını nəzəri cəhətdən əsaslandırmağa çalışdı. Amma mən praktik cəhətdən əsaslandıracağam. Çünki 5 il İntizam komissiyasının sədri olmuşam. Bu müddətdə həmkarlarımın parlamentdən kənar fəaliyyəti ilə bağlı 3000-dən çox şikayət daxil olub. Biz bunu araşdıranda məlum oldu ki, şikayətlər ən çox onların özlərini apara bilməməsi ilə bağlı idi.
Müzakirə elədiyimiz qanun bu məsələləri daha yaxşı nizamlayır. Əgər deputat özünü yaxşı apara bilirsə, niyə narahat olur? O zaman mən də Cinayət Məcəlləsinə etiraz edim ki, niyə mövcuddur? Yəni, bu narazılıq düzgün yanaşmaq deyil. Bu qanun layihəsini qəbulu parlamentin fəaliyyətini daha da şəffaflaşdırır. Düzdür, mandatın ləğvi ilə bağlı parlamentin qərarının 50+1 yox, 2/3 formulu ilə qəbul olunmasına baxıla bilər. İkinci oxunuşda bunu edə bilərik. O zaman həmin deputat səs çoxluğu ilə mandatını saxlamağa çalışa bilər.
Bundan başqa, deputatın 50 manata qədər məbləğdə hədiyyə ala biləcəyi ilə bağlı məhdudiyyətdə miqdarı qaldırmaq məsələsinə də baxmaq olar. Məsələn, ABŞ Konqresində bu məbləğ 300 dollardır”.
Deputat onu da deyib ki, Konstitusiya Məhkəməsi deputatın fəaliyyətini fərdi qaydada təsdiq etmir, Milli Məclisə çağırışla bağlı seçkilərin nəticələrini ümumilikdə təsdiqləyir.
Spiker Oqtay Əsədov da bildirib ki, qanun layihəsi üzərində yenidən işləmək lazımdır: "Bəzi maddələr bir qədər yumşaldılmalı, bəzi təkliflər ikinci oxunuşda nəzərə alınmalıdır”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi