02-05-2017 [15:03]
Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib.
Platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirib. Konfransda strateji yol xəritələrinin icrası, monitorinqi məsələlərində vətəndaş cəmiyyətinin baxışı, təklifləri səslənib: "Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıc kimi qiymətləndirilməlidir. Çünki bu sənəd çərçivəsində islahat proseslərinə dəstək vacibdir. Strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək. Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq”.
Ə.Nuriyev Platforamnın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyini və tədbirin təşkili üçün müvafiq hazırlıqlar görüldüyü barədə məlumat verib.
Platforma koordinatoru qeyd edib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə üzvlərin təklifləri ümumiləşdirilib və bir daha müvafiq dövlət qurumlarına təqdim edilib.
May ayının ikinci yarısında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinin Bakıya səfər edəcəyini xatırladan Ə.Nuriyev Platforma üzvləri ilə də görüş keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Platforma üzvlərinin QHT-lərin banklarla yaranmış problemlərin müzakirəsi və həllində fəal iştirak etdiyini vurğulayan Ə.Nuriyev vətəndaş cəmiyyətini narahat edən məsələlərlə bağlı təşəbbüslərin davam edəcəyini diqqətə çatdırıb.
O, yaxın vaxtlarda Platformanın buklet və büroşurunun çap olunacağını, eyni zamanda elektron bülletenlərin hazırlanacağı barədə məlumat verib.
Koordinatorun çıxışından sonra gündəliyə uyğun olaraq Platformanın Əsasnaməsinə üzvlərin təklif etdiyi əlavə və dəyişikliklərlə bağlı "Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov məlumat verib. Platformanın Əsasnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub.
Toplantıda Platformaya üzvlüklə bağlı müraciətlərə baxılıb. "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, "Gənc Vətəndaş” Maarifləndirmə İB, "Bələdiyyələrin İnkişafına Yardım” İB Platformaya üzv qəbul olunub.
Yeni üzvləri təbrik edən Ə.Nuriyev qeyd edib ki, Platformaya üzvlük açıqdır: "Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilər”.
Platformada vətəndaş cəmiyyətinin fəaliyyətinin müxətlif aspektəri ilə bağlı müzakirələr aparılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti təşkilatlarını narahat edən məsələlərin həlli bağlı görülən işlər barədə məlumat verib. Platforma üzvləri Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, İsrail İsgəndərov, Qadir İbrahimli və digərləri təkliflər səsləndiriblər.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi