02-05-2017 [13:04]
Uzun illərdir Azərbaycan mətbuatının səhifələrini intensiv olaraq "bəzəyən” "Daha bir ana ölümü”, "Körpə doğuş zamanı öldü” kimi başlıqlı xəbərlər cəmiyyət üçün artıq çoxdan diqqət edilməsi vacib olan SOS siqnalıdır. Amma biz nəinki, bu məqamda məsul şəxslər tərəfindən hansısa diqqəti görürük, heç baş vermiş faciələrlə əlaqədar ən xırda məsuliyyəti belə izləyə bilmirik. O məsuliyyət ki, ən birinci vicdan hissindən qaynaqlanır.
Bəlkə də, Nazir Oqtay Şirəliyevin hər dəfə "Azərbaycanda ana və uşaq ölümlərinin statistikası azalıb”- deyə səsləndirdiyi fikirləri bu ölkədə yaşayan insanlar tərəfindən ciddi qəbul edilir. Ancaq reallıq bu fikirlərin nə qədər yalan və təzadlı olduğunu sübut edir.
Hər zaman mətbuatdan izlədiyim faciəvi hadisələrin və bəzən də yazdığım xəbərlərin mövzusundan 2015-ci ildə mən və mənim ailəmə də "pay” düşdü. Həmin ilin sentyabr ayının 3-də Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsində bir çox uşaq ölümlərində ittiham olunan Zəhra Abbasova (Zara) tərəfindən övladımız dünyaya göz açmamış yaşamaq haqqını itirdi. Onu bu gözəl dünyada yaşamaq haqqından özü də bir ana olan -Azərbaycan həkimi etdi.
Bu ərəfədə Səhiyyə naziri Oqtay Şirəliyevə hadisə ilə bağlı yazdığım şikayətə düz 6 ay sonra "reaksiya” verildi. Nazirliyin rəsmi şəxsi Gülmirzə Poladov isə bunu müavininin məsuliyyətsizliyi ilə əlaqələndirdi. Düşünün, vətəndaş müraciətlərinə məsul olan nazirlik rəsmisi üzərinə düşən vəzifənin və ya tapşırığın öhdəsindən gələ bilmirsə, bunların himayələrində olan, bir yandan cavabdehlik hissi daşımayan, digər bir yandan da lazımı tibbi savada malik olmayan həkimlərindən biz nə gözləyə bilərik? Təbii ki, qeyri-sağlam düşüncə, qeyri-adekvat davranış, primitiv intellekt. Bu yerdə həkimlik adına layiq Azərbaycanlı tibb işçilərinin çox az sayda qaldığını vurğulamaq istərdim.
Bayaqkı "reaksiya”ya gəlincə: Mənə göndərilən rəsmi cavab məktubunda isə nazirlik həkimin günahkar olduğunu etiraf etdi, Zəhra Abbasovanın tutduğu vəzifədən azad olunduğunu bildirdi, amma və lakin, Yasamal prokurorluğu Səhiyyə Nazirliyini günahkar çıxararaq Z.Abbasovanı müdafiə etdi.
Yaxın günlərdə mətbuatdan Zəhra Abbasovanın törətdiyi daha bir əməli ilə bağlı yazını oxudum. Tovuz rayon sakini Məsimə Zeynalova həkim səhlənkarlığı nəticəsində gəlininin sağlam övladının doğuş zamanı tələf olduğunu və baş verənlərə görə Z.Abbasovanın cəzalandırılmasını xahiş edirdi. Bu iş də eyni ilə bizimki kimi Yasamal prokurorluğunda Anar Salehovun icraatında idi... Çox güman ki, bu məsələ də Z.Abbasovanın "qələbəsi” ilə sona çatacaqdı. Hadisələrin gedişatı isə dettalı şəkildə bir –birinə çox oxşar idi.
İndi isə Zəhra Abbasovanın hadisə ilə bağlı açıqlamasını olduğu kimi diqqətinizə çatdırım: ''Bayram günləri də gəlib bu xəstəni diqqətdə saxlamışam. Nə yaxşı ki, ana sağdır. Kim istəyər ki, belə olsun? Ailənin özü də bilir ki, qızlarını ölümdən qurtarmışıq. Cəmi 24 yaşı var, gələn il gəlib ana olar. Söz vermişəm, onu özüm əməliyyat edəcəm. İş prokurorluqdadır. Çağırıblar, gedib olanı deyəcəyik. Amma həmin xəstənin yaxınları hadisədən sonra xəstəxananın iki qapısını sındırdılar. Müharibədə oğullarımız şəhid olur, heç belə edirlər? Hadisədir, oldu. Sevinirik ki, ana ölümü baş vermədi''.
Azərbaycan Səhiyyəsində vəziyyət həqiqətən də kritikdir, həkim öz dili ilə etiraf edərək ananı 9 ay bətnində saxladığı balasından ayıraraq yalnız birinə bu dünyada yaşamaq şansını verdiyinə görə sevinir. Bu həkim özünü ana və övladın-hər ikisinin həyatını xilas etməkdə borclu bilmir, ananı öldürmədiyi üçün xəstə yaxınlarına, hətta deyərdim Azərbaycan xalqına minnət duyğusunu yaşadır.
Və ən dəhşətlisi: Yaxın günlərdə məlum olur ki, bir neçə uşaq ölümündə ittiham olunan Z.Abbasova vəzifəsinə bərpa olunub. Görünür, O.Şirəliyev çıxışlarında Azərbaycan Səhiyyəsi uğurları deyəndə bu kimi "xilas”ları nəzərdə tutur.
Beləliklə anaları övladdan , övladları anadan, cəmiyyəti isə hər ikisindən məhrum edən bəzi ağxalatlıların müdafiəsi və mühafizəi ən yuxarı səviyyədə aparılır. Məqsəd isə bəlkə yalnız onların özlərinə bəllidir.
Bir zamanlar da başqa bir sahədə - orduda, hər gün əsgər ölümləri bağlı xəbərlər ölkə mətbuatında tüğyan edirdi. Bu ölümlər sanki, hansısa gizli əl tərəfindən bilərəkdən ictimaiyyətdə qorxu, xof yaratmaq məqsədi daşıyırdı. Bu xof gənclərdə vətənpərvərlik hissini məhv eləməyə, ordunun gücünə inamlarını zəiflətməyə yönəlmişdi. Səfər Əbiyevin ölkənin müdafiə sektorundan uzaqlaşdırılması ilə bu cür xəbərlər qismən səngimiş oldu.
Bəlkə də nə zamansa, Azərbaycan səhiyyəsində özünü gizli saxlayan qana bulanmış əllər kəsilərək birdəfəlik məğlubiyyətə məhkum olacaq…Bax o zaman Azərbaycanda gələcəyimiz olan balaların doğulmaası və yaşaması rahat və gözəl olacaq!
Həsən Babayev
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi