02-05-2017 [11:54]
Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb.
Ötən həftə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkənin tanınmış qida şirkətlərindən "Elba” MMC-nin anbarından və şirkətə məxsus yükdaşıyan avtomobildən aşkarlanmış "mənşəyi məlum olmayan” tonlarla ətin mənşəyini müəyyən edib. "Elba” MMC hər nə qədər iddiaları yalan və şirkətə yönəlmiş qərəz adlandırsa da, Dövlət Baytarlıq Xidməti bu ətlərin ölmüş at ətləri və "aqoniya vəziyyətində kəsilmiş” inək əti olduğunu açıqlayıb.
Baytarlıq Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Amma təəssüflə qeyd etməliyik ki, qanunvericilikdə, insanların sağlamlığını düşünmədən bu cür fəaliyyətlə təhlükəyə atan sahibkarlara qarşı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. İşbazlar murdar olmuş at-eşşək ətini insanlara yedizdirir, hansısa məqamda saxlanıldığı zaman isə heç nə olmamış kimi ictimaiyyət arasında dolaşmağa başlayır. Və heç kim də həmin şəxslərin yenidən öz fəaliyyətlərini davam etdirmədiyinə dair zəmanət vermir...
"Murdar ət satanlara cinayət işi açılmalıdır”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a deyib ki, bu cür ətlərin satışı qadağan olunsa da, Cinayət Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmayıb:
"Mən hesab edirəm ki, bu cür vəziyyətdən çıxış yolu kimi belə ətlərin satışına görə, cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Əgər Azərbaycanda at, eşşək əti yeyilmirsə, üstəlik bunların ölmüş ətləri satışa çıxarılırsa, cinayət işinin açılması mütləqdir”.

E.İbrahimov bildirib ki, təkliflər daxil olduğu halda, məsələyə müsbət cavab veriləcək:
"Bizə təklif daxil olarsa, məmnuniyyətlə, qəbul edərik. İnzibati Məcəllə və Cinayət Məcəlləsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçir. Mən vətəndaşlarımızla tamamilə razıyam. Satışdakı ətlər bizim yediyimiz ətdən olmalıdır. Daha dana əti adı altında at-eşşək əti satılmamalıdır. At ətini dondurub istifadəyə verirlər. Bu kimi insanlara cəmiyyətdə yer olmamalıdır. Bunları təkcə İnzibati Xətalar Məcəlləsi ilə cərimələmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bunun üçün qanunvericilikdə dəyişiklik edilməlidir”.
Komitə sədrinin fikrincə, son vaxtlar bu cür ətlərin satışının artmasının səbəbləri çoxdur:
"Ətin mənşəyi bilinməlidir. Dana əti adı ilə insanlara at-eşşək əti satmaq olmaz. Alverçinin xalqı, vətəni yoxdur? Necə yəni mən pulumu verim, sən mənə murdar ət sat. Bunu edən işbazlar oğrular, tüfeylilərdir. Onlara başqa ad vermək olmaz”.
Qanun nə deyir?
Hüquqşünas Əliməmməd Nuriyev də Modern.az-a deyib ki, qanunda bu kimi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı maddə yoxdur:

Ə.Nuriyevin sözlərinə görə, bu cür ətlərlə qidalanmadan sonra insan sağlamlığına zərər dəyibsə, nəticəyə görə, İnzibati Xətalar Məcəlləsində cinayət işi açıla bilər:
"Amma insan sağlamlığına ziyan dəyməyibsə, keyfiyyətsiz qida, ət satışına görə, məsuliyyətə cəlb oluna bilər. Məsuliyyət dedikdə, cərimələr nəzərdə tutulur”.
Hüquqşünas qida təhlükəsizliyilə bağlı cəzaların sərtləşdirilməli olduğunu vurğulayıb:
"İnsanların səhhətinə ziyan dəyə, hətta ölümlə nəticələnə, yaxud infeksion xəstəliklərə yoluxa bilər. Qanunvericilikdə infeksion xəstəliklərin yayılması və xəstəliyə tutulmanın mənbəyilə bağlı məsələ var. Əgər xəstəlik heyvan mənşəli qidaların keyfiyyətsizliyilə bağlıdırsa, bu zaman həm keyfiyyətsiz qida, həm də nəticəsilə bağlı məsuliyyətə cəlb etmək mümkündür.
Amma indiki halda, həmin şəxslər yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəriməni ödəyir, ona cinayət işi açılmır və həbs edilmir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi