iraqın Ərbil zəhəri ?flydubai? zirkətinin yeni təyinat məntəqəsi oldu

img

07-07-2010 [12:56]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti özünün 22-ci təyinat məntəqəsi olan İraqın Ərbil şəhərinə uçuşlara başladığını elan edir. Şimali İraqda yerləşən kürd vilayətinin paytaxti olan və İraqın sayca üçüncü ən böyük şəhəri hesab edilən Ərbilə uçuşlar İyulun 16-da başlayacaq. Bir istiqamətdə biletin qiyməti 334 ABŞ dolları təşkil edəcək. ?flıydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib: ?Ərbil dəyişir, böyüyür və yeni otelləri, istirahət və sağlamlıq mərkəzləri, kommersiya bürcləri və ticarət mərkəzləri ilə birlikdə iqtisadi dirçəliş dövrünü yaşayır. Şəhərin sürətli inkişafını Dubayın inkişafı ilə müqayisə edirlər. Şəhər bütün İraq üçün inkişaf mayakıdır?. ?Hesabatlara əsasən, 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri İraqda əsas xarici investor olub. Növbəti üç il ərzində BƏƏ İraq Kürdüstanına qoyduğu sərmayeləri iki dəfə atırmağı və 6 milyon ABŞ dolları həcminə çatdırmağı planlaşdırır. ?flydubai? şirkətinin yeni xidməti bizim xalqlar arasında əlaqələri gücləndirməyə kömək etməklə yanaşı BƏƏ-də yaşayan çoxsaylı İraqlı miqranta Vətənlərindəki dostlarına və ailələrinə baş çəkmək üçün əlçatan, keyfiyyətli, alternativ hava səyahəti imkanı yaradır?. Ərbilə uçuşlar həftədə iki dəfə, Cümə və Bazar Ertəsi günləri həyata keçiriləcək. Biletləri bu gündən etibarən ?flydubai? şirkətinin səhifəsindən (www.flydubai.com) yaxud səyahət agentlikləri vasitəsilə sifariş etmək olar. ?flydubai? şirkəti Dubayın Beynəlxalq Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA