Bakıda şok hadisə: Təcili tibbi yardım yaralıya yaxın durmadı (VİDEO)

img

02-05-2017 [11:33]


Bakıda qəza zamanı vətəndaş yaralanıb.

Mia.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili yardım maşını yaralı vətəndaşı xəstəxayanaya aparmaqdan imtina edib.

Maraqlısı ondadır ki, buna görə heç bir əsas göstərilməyib. Ətrafdakıların təzyiqindən sonra təcili yardım əməkdaşları yaralı şəxsi xərəyə qoyaraq maşına mindirib.

Bəzi vətəndaşlar isə YPX əməkdaşına təzyiq göstərərək yaralı şəxsə yardım etməyini tələb edib. Ancaq YPX əməkdaşı yaralını xəstəxanaya çatdırmaq səlahiyyətində olmadığını bildirib. YPX əməkdaşı yolu tənzimləməli, hadisə yerindəki vəziyyətə nəzarət etməlidir.

Təcili Yardım Stansiyasından bizə bildirilir ki, təcili tibbi yardım maşını heç bir halda yaralı şəxsi xəstəxanaya aparmaqdan imtina edə bilməz. Yaınız vəziyyəti yüngül olduqda ilkin tibbi yardım göstərilir və evə buraxılır.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA