Gənclər üçün Təhsil Mərkəzi ?Könüllülük Məktəbi? yaratdı

img

07-07-2010 [12:29]


Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni icrasına başladığı ?Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı? layihəsi çərçivəsində ?Könüllülük Məktəbi? yaratdı. Mərkəzdən MİA-ya verilən məlumata görə, region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində ?Könüllülük Məktəbi?nin yaradılması müxtəlif regionlar üzrə təlimçilər qrupunun formalaşdırılmasını və həyata keçirilən təlimləri əlaqələndirməyi nəzərdə tutur. Bu gündən Məktəb 6 regionun hər birindən 2 nəfər olmaqla Bakı şəhərində 1 həftəlik təlimçilərin hazırlanması məqsədilə xüsusi proqram təşkil etməyə başlamışdır. Proqram çərçivəsində hazırlanan təlimçilər üçün müasir təlim metodları, interaktivliyin təmin olunması, informasiyanın düzgün çatdırılması, komanda ilə işləmək bacarığı və s. öyrədiləcək. Məktəb bu proqramları mütəmadi olaraq təşkil etməklə, digər regionların gənclərini də əhatə etməyi planlaşdırır. Qeyd edək ki, layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA