Bakıda 39-40 dərəcə isti olacaq

img

07-07-2010 [11:56]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, 7-8 iyunda şimal-qərb küləyi arabir güclənəcək, 9-10 iyulda isə şimal, şimal-şərq küləyi əsəcək, ayın 10-u günün ikinci yarısında arabir güclənəcək. Bu günlər ərzində havanın temperaturu gündüz 34-40? arasında, gecə 22-28?, olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29? isti olacaq. Beləliklə, Bakıda və Abşeron yarımadasında iyulun 07-də hava günəşli olacaq. Şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 34-37?, axşam 26-28 ?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29?-yə çatacaq. İyulun 08-də az buludlu hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 25-28?, gündüz 34-37?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29? isti təşkil edəcək. İyulun 09-da günəşli hava olsa da, şimal, şimal-şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28?, gündüz 35-39?-yədək yüksələcək. Günəşli hava iyulun 10-da müşahidə olunacaq. Əsən şimal, şimal-şərq küləyi isə günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 25-28?, gündüz 35-37? olacaq. İyulun 08-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin 08-də gecə və axşam Böyük Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27?, gündüz 35-40?, dağlarda gecə 15-19?, gündüz 26-31? isti gözlənilir. İyulun 09-10-da yağmursuz keçən hava şəraitində qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 ?, gündüz 35-40?, dağlarda gecə 15-19?, gündüz 27-32? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA