"Bu xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev

img

01-05-2017 [15:00]


Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı verib.

Mia.az-ın məlumatına görə, başsağlığında deyilir: 

"Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA