Qəbul imtahanlarının düzgün cavabları açıqlandı - DİM-in rəsmi internet saytında

img

01-05-2017 [14:19]


Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinin II və III ixtisas ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Mia.az xəbər verir ki, test tapşırıqlarının düzgün cavabları ilə DİM-in rəsmi internet saytında tanış olmaq olar.

Belə ki, 30 aprel 2017-ci il tarixində ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə (Azərbaycan bölməsi)  keçirilən qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Rus bölməsi abituriyentləri üçün test tapşırıqlarının izahı isə sabah qeyd olunan keçiddə yerləşdiriləcəkdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA