Bakıda dövlət və özəl müəssisələrdə iş vaxtı dəyişdi - Qərar

img

01-05-2017 [11:49]


12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib.

2017-ci il mayın 1-dən iyunun 1-dək "Azəriqaz" İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib.

İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində - 09:00-dan 18:00-dək çalışacaqlar(modern.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA