Apreldə 220,8 milyon dollar hərracda satılıb - Fonddan açıqlama

img

01-05-2017 [11:35]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
 
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Mia.az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 milyon dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA