01-05-2017 [11:12]
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Təhsil üzrə ekspert Kamran Əsədov "Qafqazinfo”ya bildirib ki, hər il olduğu kimi bu ildə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları arasında problemlər olub.
O qeyd edib ki, ilk problem III qrup A variantı 64-cü və B variantı 67-ci test tapşırığı ilə bağlıdır.
.jpg)
Tapşırıqda abituriyentlərdən mərhum prezident Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövrünə aid olan oxşar hadisələri tapmaq tələb olunur.
Yəni Heydər Əliyevin 1969-1982 və 1993-2003- cü illərdəki rəhbərliyi dövründəki fəaliyyət arasında oxşarlıq tapılmalıdır.
1-cisi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana yox, Azərbaycan SSR-ə rəhbərlik edib. Yəni 1978-ci il konstitusiyasının 1-ci Maddəsində deyilir: Azərbaycan Sovet Sosialist Respublikası fəһlələrin, kəndlilərin və ziyalıların, respublikanın bütün millətlərdən olan zəһmətkeşlərinin iradə və mənafeyini ifadə edən sosialist ümumxalq dövlətidir.
Elmi kitab və məqalələrə görə 64 – cü test tapşırığında B. D, E variantları, 67-ci test tapşırığında isə A, B, D, E variantları doğru cavablardır.
Aşağıdakı dərslik və elmi məqalələr test tapşırığının elmi səhv olduğunu təsdiq edir:
Musa Qasımlı:
• SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək). I cild. 1960-1979. Bakı: Adiloğlu, 2007, 560 səh.
• SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək). II cild.1979-1991. Bakı: Adiloğlu,2009, 400 səh.
• Azərbaycan Respublikası beynəlxalq mədəni əlaqələrdə (1946-1990-cı illər). İxtisas kursunun proqramı. Bakı: BDU nəşriyyatı, 1992
• Азербайджан, Армения и Турция в 1920-1994 гг.: реальная история. Москва, ИНСАН, 2016. 616 с.
• Türkiye-Sovyet Sosyalist Cumhuriyetleri Birliği ilişkileri.Ankara, Atatürk Araştırmaları Merkezi Yayınları, 2013. 599 s
http://www.asosjournal.com/Makaleler/649733721_164%20ESEDOV%20KAMRAN.pdf
http://files.preslib.az/projects/toplu/v2/f1_2.pdf
http://www.azerbaijan.az/portal/History/Middle/middle_06_a.html#top
http://anl.az/el/h/hi_madq.pdf
http://lib.aliyevheritage.org/az/4610295.html
.jpg)
Kamran Əsədov bildirib ki, bunlarla bərabər DİM bu ildən qəbul imtahanlarını 40 manat etdi ki, test tapşırıqları sifariş verəcək, ona xərci çıxacaq:
"Lakin II və III qrupda istifadə olunmuş testlətin 90-faizi 2015-2016-cı ildə çap olunmuş fənlər üzrə, olduğu kimi test bankdan düşmüşdü. Həm də yaxın illərdə bu sualların hamısı qəbul və sınaq imtahanlarıdna istifadə olunmuşdu. Deməli, DİM qəbul imtahanlarının suallarına heç bir xərc çəkmədi”.
Qeyd edim ki, test tapşırıqları orta məktəb dərsliyi əsasında tərtib oluna bilər, amma sualı seçən şəxsin elmi biliyi olmalıdır ki, mübaisə yaradacaq informasiyalar sualda öz əksini tapmasın”.
Ekspert vurğulayıb ki, XI sinif Azərbaycan tarixi dərsliyində 1920-1991-ci illərdə Azərbaycanın adı Azərbaycan SSR qeyd olunub:
"Kimsə özündən dərslikdən əlavə ifadə işlədə bilməz. Hörmətli DİM nəzərə almalıdır ki, yuxarıda göstərdiyim faktlara əsasən qeyd olunan test tapşırıqlarında elmi səhvlərin olduğu, buna görə də bu sualların bir neçə cavabının ortaya çıxdığı məlumdur. Odur ki, sizdən bu sualların cavabının * kimi işarələnməsini və abituriyentlərin xeyrinə hesab edilməsini istərdim.
Bura DİM-in nizamnamənin şərtlərini əlavə etməyi: yəni elmi mübahisə yaradan, ziddiyyətli faktlardan sual, test tapşırıqları salınmamalıdır kimi tövsiyələri yazmıram. Çünki onlar bunu daha yaxşı bilir”.
***
"Qafqazinfo” məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, imtahanlardan sonra ekspertiza keçirilib və hər hansı bir elmi-metodiki səhv aşkarlanmayıb:
"Yəni testlərdə hər hansı bir səhv yoxdur. Apelyasiya Komissiyası yaradılıb, kim istəyirsə, müraciət edə bilər. 1-3 may aralığında Bakı Asiya Universitetinin binasında komissiya fəaliyyət göstərəcək. İstənilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə suallarına cavab ala bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi