01-05-2017 [10:09]
"Regionlarda müəssisələr yaranarkən elə etmək lazımdır ki, onlar bir-birlərinə mane olmasınlar və sərmayələr boşuna zay olmasın”.
Mia.az "Marja”ya istinadən xəbər verir ki, bunu "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
"Hökumət sahibkarları yönləndirə, onlara daha sərfəli regionları və sahələri məsləhət görə bilər. Məsələn, deyə bilər ki, gəl balıqçılıq ilə məşğul ol. Əgər sahibkar fərasətlidirsə, o hər şeydən pul qazanar, hətta üzr istəyirəm, zibildən də milyonlar qazanmaq olar –"Azərsun” tullantılardan kağız buraxdığı kimi. Ona görə də yetər ki, hökumət bu məsələlərdə yönləndirici olmalıdır ki, eyni kənddə eyni zavodlar açılıb bir-birlərinə mane olmasınlar. Yoxsa, ikisi də, işsiz qalacaqlar”.
Abdolbari Goozal qeyd edib ki, hökumətin dəstəyi bu anda tam yetərli deyil: "Yəni daha çox dəstək verilə bilər, bəzi ölkələrdə bu dəstək daha çoxdur”.
"AZƏRSUN”DAN DA VARLI ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR VAR”
Abdolbari Goozal qeyd edib ki, "Azərsun” Azərbaycanın ən iri maliyyə-sənaye qrupu deyil:
"Mən "Azərsu”u ölkənin ən böyük maliyyə-sənaye qrupu adlandırmazdım. Ölkədə "Azərsun”dan da böyük və varlı şirkətlər və şəxslər var. "Azərsun” mənəvi cəhətdən ən böyükdür”.
"GÜCÜMÜZ ÇATAN İŞLƏRƏ BAŞLAYIRIQ”
Holdinqin rəhbəri qeyd edib ki, "Azərsun” bütün işlərlə məşğul olmaq istəmir: "Azərsun”un müəyyən bir həddi, gücü var. Kontrolsuz güc, artıq güc deyil. Çox işlər götürə bilərik, amma öhdəsindən gələ bilmirsinizsə, bu düzgün deyil. Ona görə də biz ancaq gücümüz çatan işlərə başlayırıq. Biz "Azərsun” olaraq qida sektoruna fokuslanmağı planlaşdırırıq. Qida sektorundan o qədər də uzaqlaşmaq istəmirik”.
"MEYDAN BOŞDUR, BAZARDA HAMIYA YER ÇATAR”
İş adamı "Azərsun”un indiyədək təmsil olunduğu sahələrdə yeni rəqiblərin əmələ gəldiyi barədə suala "biz rəqabətə hazırıq” cavabını verərək belə davam edib: "Amma mən buna rəqabət deməzdim. Baxın, qarşımızda bir Azərbaycan bazarı, bir də xarici bazar var. Biz Azərbaycanın bütün torpaqlarını da əksək, xaricdə yenə böyük bir "piroqun” kiçik bir hissəsini əldə edə bilərik. Ətrafımızda 1 milyard insan var, ərəblərdən tutmuş Sibirədək. Bütün Azərbaycan torpaqları da əkilsə, bu bazarın bəlkə 5 faizini tuta bilərik. Yəni meydan boşdur və bazarda hamıya yer çatar. Yetər ki, bir-birlərinə mane olmasınlar və xarici bazarları nəzərə alsınlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi