29-04-2017 [11:59]
"Ölkəmizdə keçiriləcək önəmli beynəlxalq idman yarışları zamanı təhlükəsizliyin təmin edilməsi üçün xüsusi orqanların ayrıca planı olur”.
Bu sözləri BakiPost.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu cür yarışlar zamanı öncə idmançılar arasında onların təhlükəsizliyinə cavabdeh olan şəxslər məsuliyyət daşıyır: "Ümumiyyətlə, yarışlar üçün bir neçə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Məsələn, İslam Oyunları zamanı ölkəmizə 57 ölkədən 6000-ə yaxın idmançı gələcək. Öncə onlara nəzarəti, əlbəttə ki, idmançılar arasında onların təhlükəsizliyini təmin edən şəxslər də məsuliyyət daşıyırlar.
Eyni zamanda hər bir ölkənin gələcək qrupunun təhlükəsizliyi elə həmin ölkənin üzərinə düşür. Həmçinin yarışların keçiriləcəyi ölkə ilə qonaq gələcək ölkələrin xüsusi xidmət, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq müqaviləsinin olub-olmamasına baxmayaraq qarşılıqlı şəkildə təhlükəsizlik təmin edilməlidir.
Ümumiyyətlə, ölkəmizə gələn bütün şəxslər haqda öncədən bütün məlumatlar əldə edilir. Daha sonra onların yoxlama prosesi həyata keçirilir. Ölkələrdən gələn hər bir idmançının yaşadığı və oyunlarının keçiriləcəyi yerlərdə də təhlükəsizlik tədbirləri təmin olunmalıdır”.

Yarışlar zamanı hər hansı terror ehtimalına dair xəbərdarlıq və ya təhdid olmasına gəlincə, Arzu Nağıyev qeyd edib ki, bu zaman idmançıların ölkəmizdə istifadə etdikləri marşrutlar üzrə də yoxlama prosesləri aparılmalıdır:"Hər bir rayon öz ərazisində yaşayan idmançıların və iştirakçıların təhlükəsizliyinə tam təminat verməlidir. Həmçinin idman qurğularının da ətrafında təhlükəsizlik zolağının yaradılması və içəridə təhlükəsizliyin həyata keçirilməsi lazımdır.
Azərbaycanın hüquq-mühafizə orqanlarının hər biri üzərinə düşən bütün prosedurların hamısına tam şəkildə əməl etməlidir”.
Ekspert deyib ki, Azərbaycanın müharibə şəraitində olduğunu yaddan çıxartmaq olmaz:"Çünki ermənilərin əsas dəst-xətti nəqliyyat ilə bağlıdır. Bu səbəbdən həm suda, həm quruda, həm də metroda bütün təhlükəsizlik tədbirləri aparılmalıdır.
İslam Oyunlarına müsəlman dövlətlərindən gələnlərin terror təşkilatları ilə əlaqəli olub-olmaması, onların bu məsələlərlə bağlılığını araşdırmaq birbaşa həm qrupun təhlükəsizliyini təmin edənlərin, həm də Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarının işidir. Ona görə də bu məsələləri tam şəkildə aydınlaşdırmaq üçün hava limanı daxil olmaqla, yarışların keçirildiyi yerə qədər nəzarət olmalıdır. Son aylar Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar terrorun qarşısının alınması üçün həyata keçirilən proseslərdir. Amma bu cür beynəlxalq yarışlar zamanı isə xüsusi plan olur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi