Bu qurum İqtisadiyyat Nazirliyinə verildi - Artur Rasi-zadədən qərar

img

29-04-2017 [11:44]


Baş Nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, keçmiş Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, adıçəkilən Müdriyyət 2011-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci fazasının inşasına nəzarət etmək üçün yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA