ilham Əliyev "bp" zirkətinin icraçı direktorunu qəbul edib

img

06-07-2010 [04:40]


Prezident İlham Əliyev bu gün "bp" şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul edib. Dövlət başçısı Azərbaycan ilə "bp" şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vurğulayıb və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Toni Heyvord isə "bp" şirkətinin Azərbaycan hökuməti və ARDNŞ ilə uğurlu əməkdaşlığını bir daha qeyd edərək ?Azəri-Çıraq-Günəşli? və ?Şahdəniz? neft və qaz, eləcə də Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu deyib. Görüşdə ?Şahdəniz? yatağının tammiqyaslı işlənilməsinin Azərbaycan və "bp" üçün önəmli layihələrdən biri olduğu qeyd edilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA