I sinfə vaxtından əvvəl qəbulu qaydaları təsdiqləndi

img

06-07-2010 [04:24]


Təhsil Nazirliyi ?Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları?nı təsdiqləyib. Təhsil Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu qaydalar ?Təhsil haqqında? Azərbaycan Respublikası Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir. Qaydalar aşağıdakı kimi təsbit olunub. 1. Bu ?Qaydalar? ?Təhsil haqqında? Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir. 2. Ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. 3.İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. 4. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. 5. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir. 6. Naxçıvan MR ərazisində uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu ?Qaydalar? əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA