Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

img

06-07-2010 [02:01]


Bu gün Qaradağ rayon Məhkəməsində narkotik maddə saxlamaqda ittiham olunan jurnalist Eynulla Fətullayevə hökm oxunub. Hökmə əsasən o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin cəzası bu gündən - 2010-cu il iyulun 6-dan hesablanacaq. Dövlət ittihamçısı Eynulla Fətullayevin 3 il azadlıqdan məhrum edilməsini tələb edirdi. Eynulla Fətullayev isə son sözlə çıxışında bildirmişdi ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Jurnalist demişdi ki, istintaq qeyri-obyektiv olub, müstəqil ekspertiza keçirilməyib və o, yalançı şahidlərin ifadələri əsasında mühakimə edilir. Eynulla Fətullayev məhkəmədən ədalətli hökm gözləmədiyini də bildirmişdi. Vəkilləri isə ona bəraət verilməsini tələb edirdilər. Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib. Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hşkumətindən onun dərhal azadlığa buraxılmasını tələb edib. 2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir. Hazırki məhkəmə prosesi də bu ittihamla bağlı idi. ?Eynulla Fətullayev haqqında çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası qanunsuz və ədalətsizdir?. Jurnalistin vəkili İsaxan Aşurov AzadlıqRadiosuna belə deyib. O, cəzanın hökmün çıxarıldığı gündən hesablanmasının da qanunsuz olduğunu bildirib: ?Cəzanın başlanğıc müddətinin müəyyənləşdirilməsinin də məhkəmə hökmünün çıxarıldığı gün kimi götürülməsi tamamilə qanunsuzdur. Çünki o cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Artıq rejim dəyişmişdi, o qapalı şəraitə köçürülmüşdü. Hakim məsələnin faktiki tərəfini nəzərə almalıydı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA