27-04-2017 [18:29]
Daxili İşlər Nazirliyinin (DİN) Daşkəsən rayon polis şöbəsinin əməkdaşları Daşkəsən rayonu ərazisində mənşəyi bəlli olmayan tonlarla ət aşkarlayıblar. Ətin Daşkəsən, Gəncə və Bakıda fəaliyyət göstərən "Elba 999” MMC-yə məxsus olduğu dəqiqləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bu barədə bildirib.
"Gəncə şəhər sakini 60 yaşlı Namiq Əliyevin idarə etdiyi "Hyundai” markalı yük avtomobili saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü Namiq Əliyevə məxsus maşında 1000 kiloqram mənşəyini təsdiq edən sənədləri olmayan ət aşkarlanıb. Ətin "Elba 999” MMC-yə aid olduğu bəlli olub”,-Y.Xanvəli deyib.
Bundan sonra MMC-nin 2 saylı kamerasında 2 baş heyvana məxsus baş-ayaq aşkarlanıb, 1 saylı kamerada isə hər biri 20 kliqram olmaqla 260 qutu ət olub. Ümumilikdə 5 min 680 kiloqram sümükdən ayrılmış ət aşkarlanıb. Bundan əlavə, 360 kloqram iç piyi olub. Kameralardakı ətin sağlamlığını, haradan alındığını təsdiqləyən sənədlər olmayıb. "Daşkəsən rayon baytarlıq xidmətinə sexin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat verilib. Mətbuatda ətin baytarlar tərəfindən yoxlanılması və ya baytar həkimlərin MMC ilə əlaqələrini əks etdirən iddiaların əsası yoxdur. Həmin sex gizli fəaliyyət göstərib”, -Y.Xanvəli əlavə edib.
Ətdən götürülən nümunələr Respublika Baytarlıq laboratoriyasına təqdim edilib. Hazırda araşdırmalar davam edir.
Virtualaz.org saytı "Elba 999” MMM ilə əlaqə saxlayıb. MMC-nin adını söyləməyə əməkdaşı sualı aqressiv qarşılayıb. "Bu halal şirkətdir və halal işlə məşğul olur. Şirkətə məxsus ətə murdar deyilməsinə icazə vermirik. Yalnız 500 kiloqram ət var ki, sual doğurur və tezliklə həmin ətin də mənşəyini sübut edəcəyik. Bu nə danışıqdır? Murdar ət nə deməkdir? Ayıb olsun sizə”-şirkətin telefon zəngimizə cavab verən qadın əməkdaşı qəzəblə bildird.
Qeyd edək ki, Daşkəsən, Gəncə və Bakıda şirkətə məxsus Haus dönərxana şəbəkəsi fəaliyyət göstərir. "Hər dönəri yeməyin, yalnız bizim halal dönərlərdən tələb edin”, -şirkətin reklamlarında belə deyilir. Şirkətin anbarında tonlarla yararsız ətin aşkarlanması barədə xəbəri musavat.com yaymışdı. Məlumatda tapılan ətin at-eşşək və ölmüş mal-qara ətləri olduğu iddia edilirdi.
Sayt yazırdı ki, Bakıda Kənd Təsərrüfatə Nazirliyinin təşkil etdiyi yarmarkalara "Elba” MMC-nin dəstəyi və yaxından iştirakı ilə mənşəyi məlum olmayan ət göndərilir. İddialarda "Elba 999” MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edildiyi yer alıb. Şirkətdən bu iddiaya cavab verməyiblər.
Samuş quşçuluq, Gədəbəy məhsulları: süd emalı zavodu və kartof anbarı, Daşkəsən kəsim və Gəncə kəsim də "Elba 999" MMC-yə məxsusdur.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi