27-04-2017 [18:06]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin istintaq zamanı verdiyi ifadəsi zamanı irəli sürülən ittihamları qəbul etməyib.
Elçin Quliyev ibtidai istintaqa bildirib ki, 2007-ci ildən 2015-ci ilədək Antiterror Mərkəzinin rəisi, daha sonra MTN-nin H. Əliyev adına Akademiyasında kafedra müdiri işləyib. Hər zaman milli təhlükəsizlik naziri Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirib:
"Monitorinq mərkəzinin rəisi Teymur Quliyev müəyyən məlumatlar göndərib. Biz də məlumatları toplamışıq və onları nazirə təqdim etmişəm”.
E. Quliyev deyib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir Eldar Mahmudov ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub.
2015-ci ilin oktyabr ayınadək dövlət büdcəsindən MTN-in Maliyyə İdarəsinin kassasının xüsusi xərclər smetasına ayrılmış pul vəsaitlərindən ümumilikdə 7 milyon 360 min 58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənməyib:
"Antiterror Mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabeliyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələrə pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin Maliyyə İdarəsinə təqdim edilirdi. İdarədən müvafiq məbləğdə pul götürüldükdən sonra müavinim İlqar Əliyevə verilirdi. O da aidiyyəti üzrə əməkdaşlara paylayırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”.
Elçin Quliyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də "Şimal küləyi” əməliyyatı üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib:
"Buna görə təcili olaraq İlqar Əliyevə məlumat verdim, həmin iş üzrə bir neçə raport yazmalarını bildirdim. Daha sonra ümumi məbləği bir milyon manatdan yuxarı pulun götürülməsinə dair bir neçə raport götürdüm və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir raportları təsdiqləyəndən sonra hansısa işçimiz tərəfindən həmin vəsait İdarədən götürüldü. Pul əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Məmmədova göndərilib”.
Elçin Quliyevin sözlərinə görə, həmin hadisədən bir neçə gün sonra sabiq nazir yenidən ona zəng vurub və yenidən təxminən bir milyon manat lazım olduğunu, yenə də "Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb:
"Yenidən İlqar Əliyev vasitəsi ilə bir neçə raport yazdırdım. Maliyyə idarəsinin rəisi Rəşad Hüseynovla razılaşdırdıq ki, pul vəsaiti birbaşa maliyyə idarəsindən Vüqar Mahmudova verilsin. Buna görə də pul birbaşa Vüqar Mahmudova verildi. Bildiyimə görə, 2013-cü ilin dekabr ayında Antiterror Mərkəzi ilə yanaşı, nazirliyin digər idarələrindən də, eyni qaydada pullar götürülüb”.
Elçin Quliyev qeyd edib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və Monitorinq Xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb:
"Daha sonra Teymur Quliyev müəyyən məlumatlar göndərdi. Biz də əlavə məlumatlar toplayaraq sabiq nazirə təqdim etdik. Barəsində texniki tədbirlər tətbiq edilmiş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi