İcra başçısı ilə baş həkimin gizli rüşvət mexanizmi: kimlərdən pul yığılırmış? - SİYAHI
18-04-2022 [12:19]
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həbsdə olan direktoru Eynulla Novruzovun kimlərdən rüşvət aldığı məlum olub.
Mia.az Report-a istinadla xəbər verir ki, cinayət işinin materiallarında qeyd edilib ki, o, 15 may 2018-ci il tarixdən 1 yanvar 2020-ci il tarixədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının rəhbər vəzifəsində işləyib.
Bildirilib ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsində işləmiş, hazırda həbsdə olan Ceyhun Cəfərov və RİH-in başçısının birinci müavini olmuş Tacəddin Novruzovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaradıblar. O, 2018-ci ilin may ayında T.Novruzovla RİH-in inzibati binasındakı xidməti otağında görüşüb. Daha sonra aralarında müəyyən olunan razılığa əsasən, həmin aydan başlanmaqla hər ay 3 000 manat məbləğində pul vəsaitini özünün tabeliyində olan işçilərdən yığıb.
Belə ki, E.Novruzov əvvəl tabeçiliyində işləyən Doğum şöbəsinin müdiri Afaq Kərimova və həmin şöbənin həkimləri - Hüseynova Dürdanə Qismət qızı, Soltanova Vəfa İlqar qızına, habelə Poliklinika şöbəsinin müdiri Novruzov Sabir Əlibəy oğlu, Terapiya şöbəsinin müdiri Baxışov Rafiq Şamil oğlu və Cərrahiyyə şöbəsinin müdiri Yunusov Məhəmmədemin Baba oğluna rüşvət qismində işçilərdən pul vəsaiti yığılmasına dair tapşırığını çatdırıb.
O, həmin şəxslərdən və onlar vasitəsilə xəstəxanada işləyən həkimlərdən, o cümlədən, Mərdanov Ağaismayıl Şamil oğlu, Yaqubov Ağamirzə Akif oğlu, Səfərov Aslan Əlisa oğlu, Abdulhəlimov Cabbar Heybət oğlu, Əzizov Rasim Maşalla oğlu, Məmmədov Taryel Teymur oğlu, Hidayətov Vidadi Cəlal oğlu, Muradov Vidadi Kərim oğlu, Hacıyeva Vüsalə Nizami qızı, Əhmədova Xatirə İslam qızı, Kərimova Soltanxanım Tofiq qızı, Cəfərova Ellada Bayram qızı, İsmayılov İlham İslam oğlu, Kərimov Ramil Vaqif oğlu, Mustafayev Səbinə Qərib qızı, Məmmədov Cavanşir Babasəmid oğlu, Yaqubov Akif Ağamirzə oğlu, İbrahimov Elşən Ağaibrahim oğlu olmaqla, ümumilikdə 18 həkimdən 50-100 manat məbləğində pul vəsaiti yığıb.
E.Novruzov Terapiya şöbəsinin müdiri Rafiq Baxışovdan, Cərrahiyyə şöbəsinin müdiri Məhəmmədemin Yunusovdan, Poliklinika şöbəsinin müdiri Sabir Novruzovdan, Afaq Kərimova, Dürdanə Hüseynova və Vəfa Soltanovadan hər birindən yığılan 3 000 manat məbləğində pulu 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək olan müddətdə T.Novruzova onun xidməti otağında ümumilikdə 36 000 manat məbləğində pul verib.
Habelə, cinayətkar şəbəkə üzvləri ilə aralarındakı ümumi niyyətə uyğun olaraq, 2019-cu ilin may ayında T.Novruzovun otağında növbəti aydan hər ay verilən məbləğin 1 000 manat artırılıb, 4 000 manat olacağı E.Novruzova bildirilib.
Eyni qaydada o, Rayon Mərkəzi Xəstəxanasının kollektivindən hər ay 4 000 manat pul toplanıb. 2019-cu ilin may ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə T.Novruzova xidməti otağında ümumilikdə 32 000 manat pul verib.
Bundan başqa, E.Novruzov 2018-ci ilin may ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə isə 68 000 manat pulu əlbir olduğu T.Novruzov və C.Cəfərova rüşvət qisimində verib.
Qeyd edək ki, C.Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir RİH-də keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Cəfərovla T.Novruzov hər biri 8 il 6 ay və E.Novruzov isə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi