“Keyfiyyətsiz siqaretlər bazara axın edir” - Deputat

img

27-04-2017 [13:01]


"Azərbaycanda keyfiyyətsiz siqaretlər bazara axın edir və ölkədə siqaretə meylliliyin çoxalması fonunda bu, ciddi təhlükədir".
 
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masada deyib.

 O bildirib ki, Azərbaycanda siqaret çəkənlərin sayı digər keçmiş sovet ölkələrindəki göstəriclərlə eynidir: 

"Qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam almaq mümkün olmayacaq. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir. Bəzi layt siqaretlərin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır. Nə layt, nə də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA