Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

27-04-2017 [12:45]


Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  20-22° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.  Nisbi rütubət   gecə 70-80 %, gündüz  40-50 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA