Çinə ən baha nefti hansı ölkə satır? - Siyahıda Azərbaycan da var

img

27-04-2017 [11:09]


2017-ci ilin yanvar-mart aylarında neft idxalını 15% artıraraq 104,77 mln. tona çatdırıb.

Cari ilin I rübündə neft idxalı Çinə 40,82 mlrd. dollara başa gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,7% çoxdur.

Hesabat dövründə Çinin ən iri neft təchizatçısı Səudiyyə Ərəbistanı olub. Çin krallıqdan 14,36 mln. ton neft idxal edib ki, bu da 4,9% çoxdur. Səudiyyə Ərəbistanın bu əməliyyatlardan qazancı 5,72 mlrd. dollar olub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 64,1% artımdan xəbər verir. Səudiyyə Ərəbistandan idxal olunan neftin 1 tonunun orta qiyməti 144 dollar artaraq 398 dollara çatıb.

Qeyd edilən müddət ərzində Rusiya Çinə neft ixracını 12% artıraraq 13,58 mln. tona çatdırıb. İxracın dəyəri 74,% artaraq 5,52 mlrd. təşkil edib. Rusiyanın Çinə satdığı neftin 1 tonu 145 dollar bahalaşaraq 406,5 dollara çatıb.

Çinin üçüncü ən iri neft təchizatçısı isə Anqoladır. Afrika ölkəsindən Çinə 12,88 mln. ton neft ixrac olunub ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 12,7% çoxdur. Anqolanın Çinə satdığı neftdən əldə etdiyi gəlir 64,3% artaraq 5,06 mlrd. dollar təşkil edib. Çinin Anqoladan idxal etdiyi neftin 1 tonunun orta qiyməti 123 dollar artaraq 393 dollara çatıb.

Hesabat dövründə Çin həmçinin İraq, Oman və İrandan neft idxalını müvafiq olaraq 19,6%, 9,1% və 8% artırıb. Ötən rüb ərzində İraq Çinə 9,6 mln. ton, Omandan 8,87 mln. ton, İrandan 6,82 mln. ton neft idxal edib.

Hesabat dövründə Çinin idxal etdiyi ən bahalı neft Azərbaycan neftidir – 1 ton 436,7 dollar. Ən ucuz nefti isə Çin Venesueladan alır – 1 tonu 298,8 dollar.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA